16 
Avq
2022
13:22
16
64
1379
Virtual karabakh

“HUAWEI P50 Pocket”: Hər detalda füsunkarlıq artıq “Kontakt”da

16 Avq, 2022
13:22
1379

“HUAWEI P50 Pocket”: Hər detalda füsunkarlıq artıq “Kontakt”da

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Uzun zamandır böyük maraqla gözlənilən HUAWEI P50 Pocket smartfonu artıq “Kontakt” mağazalarında təqdim  edildi. İddialı özəllikləri ilə adından hələ çox bəhs etdirəcək bu modeli gəlin daha ətraflı incələyək. 

Dünyanın ən gözəl qatlana bilən smartfonu HUAWEI P50 Pocket: Bu smartfon Huawei şirkətinin ilk dəfə sınadığı qatlana bilən telefon formasına malikdir. Qatlanmış vəziyyətdə qalınlığı cəmi 15,2 mm qədər az olan bu telefonu istər cibinizdə, istər çantanızda rahatlıqla daşıya bilərsiniz. Diqqət çəkən xüsuslardan biri də odur ki, model boşluqsuz qatlana bilən struktura sahibdir. Qatlanmış vəziyyətdə pul kisəsini xatırladan model, açıldıqda 6.9” ekran ölçülü smartfona çevrilir. Naxışlı korpusu və arxa səthində istifadə edilən rəngi ilə göz oxşayan bu telefon dayanıqlılıq baxımından da sərhədləri aşıb. Təzyiqli metal qəlibləmə texnikası ilə istehsal edilən model sənaye standartlarından 20% daha möhkəm quruluşa malikdir. Erqonomik üstünlük yaradan HUAWEI P50 Pocket ekranın nazik çərçivəsi sayəsində ekran-gövdə nisbəti 85,1 təşkil edir. Huawei hər rəng üçün korpusda fərqli naxışlardan istifadə edib. Bütün hallarda telefonun vizuallığı olduqca ürəkaçandır. Açıq vəziyyətdə qalınlığı cəmi 7,2 mm olan bu smartfonun ağırlığı isə cəmi 190 qram təşkil edir.

HUAWEI P50 Pro modelində olduğu kimi bu modeldə suya və toza dayanıqlıdır. Modelin batareya tutumu 4000 mAh təşkil edir.

HUAWEI P50 Pocket-də olan “HUAWEI XD Fusion Pro” texnologiyası və “HUAWEI Ultra Spectrum” kamerası sizə yüksək keyfiyyətli fotoşəkillər təqdim edəcək. Qatlana bilən dizayn və xarici ekranın olması əsas kameradan istifadə edərək selfi çəkməyə imkan verir. Əsas kamera böyük sensorla təchiz olunub, onun sayəsində siz zəif işıqda belə yüksək keyfiyyətli selfi və selfi videoları çəkə bilərsiniz. Ultra Spektr kamerasındakı 13MP ultra geniş bucaqlı obyektiv mənzərə şəkillərini çəkmək üçün 120 dərəcə baxış bucağına malikdir. Modeldə videonun stabilizasiya texnologiyası var. Bu texnologiya ştativ olmadan əsas kameradan istifadə edərək yüksək keyfiyyətli videolar çəkməyə imkan yaradır. 12 GB operativ, 512 GB daxili yaddaş tutumu olan P50 Pocket smartfonunu indi “Kontakt” mağazalarından nağd alışda cəmi 3099, kreditlə alışda isə ilkin ödənişsiz, 12 ay faizsiz, ayda cəmi 258 manata ala bilərsiniz. Üstəlik avqustun 21 dək bu smartfonu alanlara HUAWEİ GT 3 saatlarından biri HƏDİYYƏ olunacaq.

Bizimlə əlaqə saxlayın

Digər Reklam xəbərləri