26 
Sen
2022
10:46
20
54
1023
Virtual karabakh

Çox danışılacaq “Huawei” D seriyası “MateBook”lar indi “Kontakt”da sərfəli şərtlərlə

26 Sen, 2022
10:46
1023

Çox danışılacaq “Huawei” D seriyası “MateBook”lar indi “Kontakt”da sərfəli şərtlərlə

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Eksklüziv innovasiyalarla təchiz olunmuş “Huawei” “MateBook”larının D seriyası yalnız sentyabrın sonunadək “Kontakt” mağazalarında ilkin ödənişsiz, faizsiz ayda cəmi 109 manatdan başlayan qiymətlərlə cibinizi sevindirəcək. Gəlin modellərin ən cəlbedici funksiyalarına birlikdə göz gəzdirək.

“Huawei” MateBook D16: Süni intellekt dəstəyi D16 modeli ilə texnologiya sevərlərə təqdim edildi. Klaviatura artıq rəqəmsaldır və istifadəni dəstəkləmək üçün yeni funksiyalarla təchiz edilmiş şəkildə çalışır. Daha yaxşı simsiz internet performansı üçün antena texnologiyası metala quraşdırılıb. 

MateBook D16 2022-də modelində ilk dəfə olaraq 16:10 ekran nisbətindən istifadə edilib. Qızıl nisbət kimi tanınan bu ölçü həm multimedia istifadəsi, həm də biznes ehtiyacları üçün çox uyğundur, ekranın ölçüsü isə 16 düymdür. Ekran-gövdə nisbəti isə sözügedən modeldə 90%-dir. İlk baxışdan ekran çərçivələrinin nə qədər incə olduğu gözə çarpır. 

Ekran üçün ikiqat göz rahatlığı sertifikatı alınıb. Onlardan biri “TÜV Rheinland” aşağı mavi işıq sertifikatı, digəri isə “DC Dimming Flicker Free” sertifikatıdır. Beləliklə, ekran həm göz yorucu mavi işığı azaldır, həm də gözləri yoran titrəmələrdən qoruyur.

“Huawei”in notbukda istifadə etdiyi ilk 1080p AI kamerası isə yeni funksiyalarla olduqca effektiv çalışır. Süni intellekt dəstəyi sayəsində kameranız açıq olduqda virtual fon əlavə edə bilərsiniz. Bu yolla video zənglərdə daha peşəkar görünməklə yanaşı, məxfiliyinizi də qorumaq mümkündür.

“Huawei” rəqəmsal klaviatura bölməsini fərdiləşdirdi və üzərinə 4 fərqli funksiya gətirdi. Bunlardan biri kameranı söndürmək üçün istifadə olunur, digərləri isə kalkulyatora sürətli girişi təmin edir, AI axtarışı ilə kompüterdə axtarış edir və pəncərələri masaüstünə endirir.

Bu notbuk geniş quruluşuna baxmayaraq kifayət qədər yüngüldür; çəkisi cəmi 1,7 kq-dır. Qalınlığı isə sadəcə 18,4 mm-dir.

Modelin texniki heyətində də bir çox yeniliklər edilib. Əvvəla, notbukun 12-ci nəsil “Intel H” seriyalı prosessoru ilə təchiz olunması performans baxımından çox yaxşı addımdır. Bu prosessor 14 nüvəli olduğu üçün onlardan 6-sı performansa, digər 8-i isə səmərəliliyə hesablanıb. Buradakı performansyönümlü 6 nüvə intensiv tapşırıqlar üçün, kiçik enerjiyə qənaət edən nüvələr isə gündəlik tapşırıqlar üçün istifadə olunur. Səmərəliliyə diqqət yetirərək 3,50 GHz tezliyində işləyən prosessor tam yüklə 4,70 GHz takt sürətinə çata bilir.

Notbukda texniki heyətin digər komponentləri kimi 16 GB RAM və 512 GB PCI SSD istifadə edildiyini deyə bilərik. Beləliklə, həm RAM, həm də SSD üçün kifayət qədər dəstək təmin edilib.

65 Vt gücündə “charge” edə bilən “SuperCharge” dəstəkli enerji cihazının yığcam ölçüsü sayəsində siz onu hər zaman özünüzlə asanlıqla daşıya bilərsiniz. Bununla “Huawei” telefonlarını da doldurmaq mümkündür.

“Huawei” MateBook D15: MateBook D15-in dizaynından performansına, uzun batareya ömründən tutmuş məhsuldarlıq tətbiqlərinə qədər çoxyönlü bir notbuk olduğunu qeyd etməsək olmaz.

Eleqant dizayn yığcam korpusla bütünləşib. Notbukun qalınlığı 16 mm, çəkisi isə cəmi 1,5 kiloqramdır. MateBook D15 15,6 düymlük FullView ekrana malikdir. 

Full HD ekran 16:9 aspekt nisbəti verir ki, bu da həm parlaqlıq, həm də kontrast cəhətdən mükəmməl görüntü effekti yaradır. Bəhs edilən model multimedia istifadəsindən məktəb ehtiyaclarına, işgüzar istifadədən işdən sonra əylənə biləcəyiniz oyunlara qədər ehtiyaclarınızı qarşılayacaq. Model 8/16 GB HDD, 256/512 GB SSD yaddaş tutumlu versiyalara malikdir.

Qeyd edək ki, “Huawei” brendinin rəsmi tərəfdaşı olan “Kontakt” mağazalar şəbəkəsində brendin ən son modellərini və geniş çeşidini uyğun şərtlərlə əldə edə bilərsiniz. 

Bizimlə əlaqə saxlayın

Digər Reklam xəbərləri