Dek
2022
11:00
79
20
1403
Virtual karabakh

“West Hospital”ın həkim kollektivi ahıl şəxslər üçün sosial xidmət müəssisəsini ziyarət etdi - FOTO

2 Dek, 2022
11:00
1403

“West Hospital”ın həkim kollektivi ahıl şəxslər üçün sosial xidmət müəssisəsini ziyarət etdi - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Dekabr ayının 1-də “West Hospital”ın həkim kollektivi Sabunçu rayonu, Bilgəh qəsəbəsində yerləşən ahıl şəxslər üçün sosial xidmət müəssisəsini ziyarət edib.

Belə ki, 1 yaşını sözügedən evin sakinləri ilə keçirən “West Hospital”ın həkimləri bundan böyük məmnunluq hissi duyduqlarını bildiriblər.

Onlar bu addımı atmaqda əsas məqsədlərinin ahıllarımıza diqqət göstərmək və onların qayğılarına qalmaq olduğunu vurğulayıblar.  

Hospitalın peşəkar həkimləri səhhətindən şikayəti olan şəxsləri müayinə edib və yerindəcə lazım olan tibbi müdaxilələri edərək vacib tövsiyələr veriblər.

“Xalqımızın əsrlər boyu qoruyub saxladığı nəcib əxlaqi keyfiyyətlərdən başlıcası böyüklərə, yaşlılara, qocalara hörmətdir. Biz də “West Hospital” kollektivi olaraq, burada olan bütün ahıllarımıza möhkəm cansağlığı arzulayır, ürəklərindən keçən arzuların tezliklə reallaşmasını diləyirik”.

Bizimlə əlaqə saxlayın

Digər Reklam xəbərləri