16 
Mar
2023
11:30
138
52
1036
Virtual karabakh

“PAŞA Bank” və Azərbaycan Qızıl Aypara Cəmiyyəti “Novruz sevinci 2023” adlı xeyriyyə aksiyası keçirib - FOTO

16 Mar, 2023
11:30
1036

“PAŞA Bank” və Azərbaycan Qızıl Aypara Cəmiyyəti “Novruz sevinci 2023” adlı xeyriyyə aksiyası keçirib - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan Qızıl Aypara Cəmiyyəti (AzQAC) “PAŞA Bank” ASC ilə birgə və eyni zamanda “Azerbaijan Coca-Cola Bottlers” MMC və “PMD Group” MMC şirkətlərinin dəstəyi ilə Novruz bayramına həsr olunmuş “Novruz Sevinci 2023” adlı layihə çərçivəsində humanitar xeyriyyə aksiyasını reallaşdırıb. Xeyriyyə aksiyası 14-15 mart 2023-cü il tarixləri aralığında Bakı, Xırdalan, Sumqayıt və İsmayıllı şəhərlərində həyata keçirilib.

Layihə çərçivəsində 1,5 tondan artıq humanitar yardım ərzaq məhsullarının 130 ailəyə və nəticə etibarı ilə təxmini 390 şəxsə çatdırılıb. Qeyd edək ki, hər bir qutuda 11 kq-dan artıq, ailə tərkibi, əsasən, 3-5 nəfərdən ibarət aztəminatlı ailələrə və tənha qocalara Novruz bayramı süfrəsi açmaq üçün nəzərdə tutulan müxtəlif çeşidlərdə və sayda şirniyyat, şirə, çərəz və həmçinin səməni ilə dolu ərzaq qutuları paylanılıb. 

100 ildən artıq şanlı tarixə malik Azərbaycan Qızıl Aypara Cəmiyyəti Respublikada dövlət qanunu ilə rolu müəyyən olunmuş ən böyük humanitar təşkilatdır. AzQAC milliyyətinə, cinsiyyətinə, irqinə, dini inanclarına, sinfinə və ya siyasi düşüncələrinə görə heç bir ayrı-seçkilik qoymadan 1920-ci ildən bəri insanlara humanitar yardım göstərir.

2007-ci ildə yaradılmış “PAŞA Bank” ASC Azərbaycanın aparıcı korporativ maliyyə institutlarından biridir. “PAŞA Bank” sosial məsuliyyət strategiyasını Azərbaycanın dayanıqlı inkişafı və Azərbaycan iqtisadiyyatının dünya iqtisadiyyatına qovuşması əsnasında cəmiyyətin tələb və ehtiyaclarını nəzərə alaraq formalaşdırır. “PAŞA Bank” korporativ sosial məsuliyyət təşəbbüslərini ərsəyə gətirərkən gənc nəslin işgüzarlıq qabiliyyətlərinin artırılmasına, həmçinin ölkənin sosial və mədəni inkişafına xüsusi diqqət yetirir. 

Qeyd edək ki, AzQAC tərəfindən göstərilən humanitar xidmətlər və hüquqi hərəkətlərin rəqəmsallaşdırılması məqsədi ilə yaradılmış “YARDIM.ET” adlı İanə İdarəetmə Sistemi fəaliyyət göstərir. Bu sistem çərçivəsində “HÖP”, “SMS”, “MilliÖn”, “eManat”, “hesab.az”, “PAŞA Bank”, “Bank of Baku”, “ABB”, “UniBank” mobil əlavələrdən, və istənilən bank kartı və s. kimi vasitələrlə ianələrin toplanması və idarəolunması həyata keçirilir. Toplanmış ianələr ehtiyaclı insanlara müvafiq humanitar yardımların edilməsinə yönləndirilir və heç bir kommersiya və gəlir məqsədi daşımır.

Korporativ sosial məsuliyyəti həyata keçirən bütün şirkətlər və təşkilatlar, o cümlədən fərdi sahibkarlar və xeyriyyəçilər Azərbaycan Qızıl Aypara Cəmiyyəti ilə əməkdaşlıq etmək üçün bu ünvana müraciət edə bilərlər: [email protected].

Bizimlə əlaqə saxlayın

Digər Reklam xəbərləri