Okt
2023
18:04
154
12
1606
Virtual karabakh

“Silk Way” “West Airlines”ın ilk “Boeing 777F” təyyarəsinin Sietldən Bakıya uçuşu

3 Okt, 2023
18:04
1606

“Silk Way” “West Airlines”ın ilk “Boeing 777F” təyyarəsinin Sietldən Bakıya uçuşu

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Xəzər dənizi və Mərkəzi Asiya regionlarının aparıcı yükdaşıma aviaşirkətlərindən biri olan “Silk Way West Airlines” qürurla ilk “Boeing 777F” təyyarəsinin Sietldən Bakıya olan uçuşu barədə elan edir. Bu monumental mərhələ həm “Silk Way West Airlines”, həm də Azərbaycanın bütün aviasiya sənayesi üçün əhəmiyyətli irəliləyişdir.

“Boeing 777F” təyyarəsi qabaqcıl texniki göstəriciləri, yanacaq səmərəliliyi və ekoloji davamlılığı ilə tanınır. “Silk Way West Airlines” bu ekoloji cəhətdən təmiz təyyarəni idarə etməkdən şərəf duyur və davamlı aviasiya təcrübələrinə sadiqliyini bir daha nümayiş etdirir.

Bu, “Boeing” və “Silk Way West Airlines” şirkətləri arasında imzalanmış müqavilələr çərçivəsində çatdırılacaq yeddi “Boeing” təyyarəsindən birincisinin ilk uçuşudur. Sazişlərə əsasən Azərbaycana beş “Boeing 777-F” və iki “Boeing 777-8F” təyyarəsinin gəlişi 2030-cu ilə qədər növbəti yeddi il ərzində həyata keçiriləcək.

“Silk Way West Airlines” Azərbaycanın aviasiya sektorunun inkişafına töhfə verməkdən məmnundur. “Boeing 777F”in gəlişi ölkənin regional və qlobal nəqliyyat qovşağı kimi artan əhəmiyyətini vurğulayır.

Bu hava gəmisinin mövcudluğu “Silk Way West Airlines”ın yüksək səviyyəli hava yükdaşıma xidmətlərini təmin etmək öhdəliyində irəliyə doğru əhəmiyyətli bir addımdır. Təyyarə öz görkəmli yükgötürmə qabiliyyəti və uzadılmış uçuş məsafəsi ilə “Silk Way West Airlines” müştərilərinə daha geniş, səmərəli və etibarlı yükdaşıma həlləri təklif etmək imkanı verəcək.

“Boeing 777F”in artmış uçuş məsafəsi Bakını əsas qlobal yük qovşaqları ilə əlaqələndirmək üçün yeni imkanlar açacaq və “Silk Way West Airlines”ın bütün dünyadakı müştərilərinə daha keyfiyyətli və sürətli birbaşa yükdaşıma xidmətləri göstərməyə imkan verəcək.

Donanmanın genişləndirilməsi uçuşların həcmini artırmaq və yeni istiqamətlər əlavə etmək kimi imkanlar yaradacaq. Donanmanın strateji genişləndirilməsi planının çərçivəsində növbəti ay ərzində daha bir təyyarənin gəlişi gözlənilir.

“Silk Way West Airlines”ın prezidenti Volfqanq Mayer bildirdi: “Biz ilk “Boeing 777F” təyyarəmizin Bakıya gəlişini qaşılamaqdan məmnunuq. Donanmamıza olunan bu əlavə nəinki imkanlarımızı genişləndirir, həm də müştərilərimizə davamlı yükdaşıma xidmətləri göstərmək öhdəliyimizi vurğulayır. Qlobal yük bazarında mövqeyimizi daha da gücləndirmək üçün “Boeing 777F”in qabaqcıl xüsusiyyətlərindən istifadə etmək imkanını səbirsizliklə gözləyirik”.

Əsası 2012-ci ildə İpək yolunun qəlbi sayılan Bakıda qoyulmuş “Silk Way West Airlines” Heydər Əliyev Beynəlxalq Aeroportunda yerləşən 12 müasir “Boeing 747-8F” və “747-400F” yük təyyarəsindən ibarət donanması ilə dünyanın müxtəlif ölkələrinə hər ay yüzlərcə uçuş həyata keçirir. Donanmasını genişləndirən “Silk Way West Airlines” 28 aprel 2021-ci ildə beş yeni “777F” təyyarəsinin alınması üçün “Boeing” ilə strateji müqavilə imzalayıb, ardınca daha iki ən müasir “777-8F” yük təyyarəsinin alınması üçün 10 noyabr 2022-ci ildə müqavilə imza atıb. Həmçinin 28 iyun 2022-ci ildə “Airbus” ilə iki “A350F” yük təyyarəsinin alınması barədə razılığa gəlib. 

Aviaşirkətin illik yükdaşıma dövriyyəsi 500.000 tondan artıqdır, genişlənən marşrut şəbəkəsi isə Amerika, Avropa, MDB ölkələri, Yaxın Şərq, Mərkəzi və Şərqi Asiya üzrə 40-dan çox istiqaməti əhatə edir.

Dünyanın aparıcı aerokosmik şirkəti olaraq, “Boeing” 150-dən çox ölkədə müştərilər üçün kommersiya təyyarələri, müdafiə məhsulları və kosmik sistemlər yaradır, istehsal edir və onlara xidmət göstərir. ABŞ-ın aparıcı ixracatçısı kimi şirkət iqtisadi imkanları, davamlılığı və sosial təsirləri inkişaf etdirmək üçün qlobal təchizatçı bazasının gücündən istifadə edir.

“Boeing”in çoxmillətli komandası gələcək üçün innovasiyalar etməyə, davamlılıqda lider olmağa və şirkətin təhlükəsizlik, keyfiyyət və dürüstlük kimi əsas dəyərlərinə əsaslanan mədəniyyətini inkişaf etdirməyə sadiqdir. 

Bizimlə əlaqə saxlayın

Digər Reklam xəbərləri