23 
Okt
2023
09:30
102
34
3234
Virtual karabakh

“Mercedes-Benz Group AG” yeni “GLC Coupe” krossoverini təqdim edib - FOTO

23 Okt, 2023
09:30
3234

“Mercedes-Benz Group AG” yeni “GLC Coupe” krossoverini təqdim edib - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Mercedes-Benz Group AG”nin Azərbaycandakı rəsmi nümayəndəliyi olan  “Avtokapital Azərbaycan” şirkəti influenser və iş adamı Aqil Məmiyevin iştirak etdiyi şəhər fotosessiyası ilə yeni “GLC Coupe” krossoverini təqdim edib. 

Mürəkkəb formalı maili fənərlər və radiatorun qəfəsini bəzəyən üçguşəli ulduzlardan ibarət naxış - artıq “Mercedes-Benz GLC Coupe” avtomobili daha xarizmatik və sanballı görünüşü ilə sanki gələcəyə inamla baxan sahibinin həyat tərzini davam etdirir. Krossoverin görünüşü yenilənib, təchiz olunduğu standart avadanlıqların siyahısı genişləndirilib və yeni seçimlər əlavə edilib. Yeni modelin təkər bazası 15 mm (2888 mm-dək), qabarit uzunluğu 32 mm (4763 mm-dək), hündürlüyü isə 5 mm (1605 mm-dək) artırılıb. Aerodinamik müqavimət əmsalı (Cx) 0,30-dan 0,27-yə endirilib. Bundan başqa, təkər izi ön hissədə 6 mm, arxada isə 23 mm genişləndirilib.

“Mercedes-Benz GLC Coupe” daha aqressiv bamper dizaynına malik “AMG Line” kuzov dəsti, həmçinin 18-20 düyüm diametrli təkər diskləri ilə təchiz edilib. Panoram damın sürüşmə seksiyası əvvəlki modellə müqayisədə 6 sm daha uzundur. Avtomobilin əsas fənərləri işıq diodludur, həmçinin “Digital Light” faraları da təklif olunur.

Sifariş üçün Azərbaycanda “Mercedes-Benz” rəsmi diler şəbəkəsinə müraciət etməyiniz xahiş olunur:

Abşeron Avtomobil Mərkəzi

Tel.: + 994 12 347 78 00 / *8555

Autostar Kaukasus

Tel.: +994 12 496 50 50 / +99412 976

Bizimlə əlaqə saxlayın

Digər Reklam xəbərləri