27 
Okt
2023
15:30
12
61
1578
Virtual karabakh

Bestseller avtomobil kampaniyasının qaynar çağı - FOTO

27 Okt, 2023
15:30
1578

Bestseller avtomobil kampaniyasının qaynar çağı - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Haval” avtomobil markasının Azərbaycanda yeganə rəsmi distribyutoru olan “Azerbaijan Automobiles” MMC özünün bestselleri - H6 hibrid krossoveri üçün yeni kampaniya elan edir. Yalnız 10 noyabr 2023-cü il tarixinədək bu avtomobili alan zaman avtosalondan yeni “Apple iPhone 15 128GB” smartfonunu hədiyyə alacaqsınız.

Kampaniya haqqında daha ətraflı məlumatı distribütorun rəsmi saytında https://haval.az/  linkinə daxil olaraq əldə etmək olar.

“H6 Hybrid” markalı krossoverlər 2022-ci ilin yayından yerli bazarda satılır və artıq öz seqmentində etibarlı, qənaətcil və praktik avtomobillər olduğunu sübut edib. Avtomobilin 1,5 litrlik turbo mühərriki akkumulyatorla tandemdə 243 at gücü hasil edir. Bu, elektrik mühərrikinin işləməsinə görə krossoveri müxtəlif səthlərdə mürəkkəb tapşırıqlar üçün kifayət qədər güclü və eyni zamanda qənaətcil edir (orta yanacaq sərfi 100 km-ə 5,5 L AI-92).

Azərbaycanda “Haval” hibrid krossoverləri

Hazırda Çin avtomobil nəhəngi “Haval”ın Azərbaycanda hibrid xətti iki modellə - H6 və “Jolion” ilə təmsil olunur. Ölçülərinə görə “Jolion Hybrid” krossoveri daha yığcam seqmentə uyğundur və haqlı olaraq əsl şəhər ailə krossoveri hesab edilə bilər. Hazırda “Jolion Hybrid” modelində də endirim var və avtomobilin müvəqqəti qiyməti (standart qiymət 48 900 manat əvəzinə) 47 500 manatdır. Bu markanın bütün rəsmi dilerlər arasında öz SUV-C seqmentində tam hibridli avtomobillər arasında Azərbaycanda ən sərfəli krossover olduğunu xüsusilə vurğulayırıq.

H6 və “Jolion” istehsalçının gələcək modellərində də istifadə olunacaq yeni L.E.M.O.N platformasında qurulub. Platforma avtomobilin davranışına və təhlükəsizlik səviyyəsinə müsbət təsir göstərən artırılmış güc və yüngüllük kimi göstəriciləri birləşdirir. Hər iki model nüfuzlu avtomobil təhlükəsizliyi proqramı ANCAP-dan 5 ulduzlu qəza testi reytinqi aldı.

Kredit şərtləri

Azərbaycanda rəsmi avtomobil dileri hibrid krossoverlərini geniş kredit alış imkanları əsasında təklif edir. Minimum ilkin ödəniş illik 10% olmaqla dəyərin 20%-ni təşkil edir. Kredit müqaviləsinin verilməsi üçün maksimum müddət 60 aydır (5 il). Hal-hazırda “H6 Hybrid”in qiyməti 56 500 AZN təşkil edir.

Zəmanət

“Haval” zavodu öz krossoverlərinin hibrid xəttinə rəsmi *8 illik (və ya 160.000 km) zəmanət verir ki, bu da rəsmi diler tərəfindən Azərbaycana gətirilən avtomobillərə aiddir.

Şirkət haqqında

“Azerbaijan Automobiles” MMC “Haval”, “Bentley” və “Volkswagen” avtomobillərinin Azərbaycanda yeganə rəsmi distribütorudur.

Kontaktlar

“Haval” avtosalonunun ünvanı: Babək prospekti, 282.

Əlaqə telefonu *7999, +994556782424.

“WhatsApp”: +994556782424.

Rəsmi sayt: https://haval.az/

Test-drayv üçün qeydiyyatdan keçin: https://haval.az/az/home/testdrive

 

Bizimlə əlaqə saxlayın

Digər Reklam xəbərləri