16 
Noy
2023
10:30
25
13
1357
Virtual karabakh

“ONVOLT” şirkəti yeni “IM Motors LS6” avtomobilini təqdim edəcək - FOTO

16 Noy, 2023
10:30
1357

“ONVOLT” şirkəti yeni “IM Motors LS6” avtomobilini təqdim edəcək - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Çinin ən nəhəng avtomobil konserni olan “SAIC Motor”, “Alibaba Group” və “Zhangjiang Hi-Tech” ilə birgə istehsal etdiyi “IM Motors” elektrik avtomobilləri markasının Azərbaycanda rəsmi idxalçısı olan “ONVOLT” MMC, brendə aid olan yeni 3-cü modelini - IM LS6-nı təqdim edəcək.

Bu barədə “ONVOLT” şirkətinin marketinq meneceri Məmməd İsmayılov məlumat verib. Bildirilib ki cari ilin yayında təqdim olunan IM LS7-dən fərqli olaraq, bu model daha kompakt ölçülərə malik lüks SUV kupe seqmentinə aiddir.

“IM LS6” bu ilin avqust ayında Çin avtomobil sərgisində təqdim olunub. 4904x1988x1669 ölçülərə malik bu elektrik krossover təchizatdan asılı olaraq 309-dan - 776-dək at gücünə və 560 - 760 km-dək məsafəni qət etmək imkanlarına malikdir. Avtomobillərə 4 il və ya 100 000 km batareyalarına isə 8 il və ya 200 000 km zəmanət verilir.

Qeyd edək ki, peşəkar avtomobil satışı və texniki xidmət göstərilməsi təcrübəsinə malik olan şirkətin komandası “ONVOLT” MMC-ni həmdə “Skywell” elektrik avtomobillərinin Azərbaycanda rəsmi idxalçısıdır.

Ətraflı məlumat üçün +994 99 440 0007 əlaqə saxlayıb və ya Ceyhun Hacibəyli 194 (“Skywell” satış mərkəzi) ünvanına yaxınlaşa bilərsiniz.

Bizimlə əlaqə saxlayın

Digər Reklam xəbərləri