23 
Noy
2023
15:10
87
8
952
Virtual karabakh

Xətai rayonunda daha bir abad həyət sakinlərin istifadəsinə verildi - FOTO

23 Noy, 2023
15:10
952

Xətai rayonunda daha bir abad həyət sakinlərin istifadəsinə verildi - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Xətai rayonunda küçə və parkların, məhəllə və binaların abadlaşdırılması, həyətlərin yenidən qurulması, yeni infrastrukturların yaradılması, yaşıllıqların salınması işləri uğurla davam etdirilir.

Aparılan abadlıq və yenidənqurma işləri nəticəsində təqribən 2000 nəfər sakinin yaşadığı Sarayeva küçəsi 13 ünvanında bir hektar ərazidə abadlıq, quruculuq işləri başa çatdırılaraq həyət sakinlərin istifadəsinə verilib.

Görülən işlər çərçivəsində ətraf binaların fasadları və dam örtükləri əsaslı təmir edilib. Həyətdə yeni 4500 kvadratmetrdən çox sahəyə asfalt örtüyü salınıb, tamet daşlar və 3500 kvadratmetr sahəyə yaşıl örtük çəkilib, yeni bardürlər qoyulub. Zəbt olunmuş sahələr əhalinin ümumi istifadəsinə qaytarılıb, kiçik tullantılar üçün zibil qutuları qoyulub. Müasir işıqlandırma sistemi və təhlükəsizlik kameraları quraşdırılıb. 500 ədəd dekorativ kol və ağac əkilib, yaşıllıqlara aqrotexniki qulluq göstərilməsi üçün su xətləri çəkilib.

Sakinlərin asudə vaxtlarının səmərəli təşkili üçün həyətə söhbətgah və oturacaqlar qoyulub, müxtəlif növ uşaq oyun elementləri və idman qurğuları quraşdırılıb.

Bizimlə əlaqə saxlayın

Digər Reklam xəbərləri