27 
Noy
2023
11:43
44
17
1560
Virtual karabakh

Yeni “Toyota C-HR” ilə daim seçilin! - VİDEO

27 Noy, 2023
11:43
1560

Yeni “Toyota C-HR” ilə daim seçilin! - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Yeni “Toyota C-HR” modelinin reallıqla birbaşa əlaqəsi var!

Müasir və funksional interyer üslubu premium rahatlıqla birləşdirən bu model böyük zövqlə dizayn edilib.

“Toyota” ilk dəfə 2017-ci ildə təqdim olunan qeyri-ənənəvi dizayna, özünəməxsus xarakterə və yüksək keyfiyyətə malik bu model ilə bu günədək Avropada 840 000-dən çox satış edib.

Yeni “Toyota C-HR” modeli Azərbaycanda iki fərqli, “Toyota”nın ən yeni, beşinci nəsil hibrid texnologiyasına sahib mühərrikləri ilə gələn il təqdim olunacaq. Bunlardan biri 140 at gücünə sahib olan 1,8 litrlik hibrid mühərrik, digəri isə 197 at gücünə sahib 2 litrlik hibrid mühərrikdir.

Ümumi uzunluğu 4360 mm, eni 1830 mm, hündürlüyü isə 1570 mm olan yeni “Toyota C-HR” avtomobilinin kuzasının möhkəmliyi indi daha da artırılıb.

Ön faraları oxa bənzəyən 3D arxitekturaya sahib bu avtomobilin cizgiləri kəskindir. Həmin ön faralar dördhissəli LED işıqlarla təchiz olunub. Bu modeldə ən çox diqqətə çarpan məqamlardan biri gizlin qapı qollarıdır. “Toyota” ilk dəfə yeni “Toyota C-HR” modelində premium xüsusiyyət kimi qapı dəstəyini görünməz etmişdir.

Ön tərəfdə olduğu kimi arxa hissədə də LED işıqlar hakimdir, belə ki, modelin adı arxa LED lampa ilə birləşərək cazibədar bir görünüş əmələ gətirir.

Bu ecazkar avtomobilin interyerinə nəzər salarkən 64 fərqli rəngdə kabinə işıqlandırılmasını xüsusi qeyd etmək lazımdır. Bu işıqlar xarici işıqlanmaya (hava şəraitinə), daxili istiliyə görə rəngini dəyişir.

Yeni “Toyota C-HR” modelinin yüksək komplektasiyasında diqqətçəkən məqamlardan biri panorama termal lükdür ki, bu da çöldəki havanı içəri keçirmir. Üstəlik, bu lük sayəsində avtomobilin çəkisi beş kiloqram daha aşağı düşür.

Avtomobilin daxili monitor sistemi, düymələrlə idarə olunması, oturacaqları - bir sözlə interyer sizin rahatlığınız üçün hesablanıb. “Toyota Safety Sense” və “Toyota T-Mate” ilə təchiz olunmasına görə idarəetmənin daha rahat və təhlükəsiz həyata keçirilməsi nəzərdə tutulub. Bununla yanaşı, aydın informasiya üçün tam yeni 12,3 düyümlük kombimetr də sürücünün seçiminə köklənib.

Yeni “Toyota C-HR” modeli ilə “Toyota” cəsarətli bir addım atmaqla bərabər öz ənənəsinə də sadiq qalır. Səmərəliliyi ilə diqqətləri üzərinə toplayan bu model təkrar emal edilmiş materiallardan hazırlanıb və heç bir heyvan mənşəli məhsullardan istifadə edilməyib. Qabaqcıl texnologiyaların təsiri ilə onun həm çəkisi, həm istehsalı zamanı CO2 emissiyaları azaldılıb ki, bu da ətraf mühiti qorumağa dəstək olur.

Yeni “Toyota C-HR” müştərilərinə aydın və intuitiv təcrübə qazandırmaq üçün nəzərdə tutulub. “Toyota” müştəriyönümlü bu yeni modeli ilə hərtərəfli inkişaf prosesini fərdiləşdirib və istehlakçıya dəyər qatmaq üçün funksionallığı inkişaf etdirib. Belə ki, bu təcrübə hətta sürücü avtomobilə əyləşməmiş başlayır. Sürücü yaxınlaşdıqca maşın onu xüsusi işıqlandırma ilə qarşılayır, oturacaq mövqeyi, alətlər ekranı və multimedia üçün əvvəlcədən saxlanmış parametrlər avtomatik tətbiq edilir.

“Toyota” bütün dünyada tarix yazarkən, yeni “Toyota C-HR” istehlakçılara daha unikal tərz, daha güclü performans və daha yaxşı effektivlik bəxş edəcək.

Yeni “Toyota C-HR” xəyal edilib, dizayn edilib və istehsal edilib. Onun yeni dövrün reallığı ilə birbaşa əlaqəsi var!

Bizimlə əlaqə saxlayın

Digər Reklam xəbərləri