28 
Noy
2023
10:20
46
9
548
Virtual karabakh

“P&G” Azərbaycanda 25 hektar ərazinin eroziyasının qarşısını almağı hədəfləyib - FOTO

28 Noy, 2023
10:20
548

“P&G” Azərbaycanda 25 hektar ərazinin eroziyasının qarşısını almağı hədəfləyib - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Planetimizi qorumağa evimizdən başlayaq!” - deyən “Procter&Gamble” şirkəti Qlobal dayanıqlılıq kampaniyasına Azərbaycanda da başlayıb. Brend qarşıdakı bir il ərzində Bakı və ətraf ərazilərdə 25 min ağac əkməyi hədəfləyib. “EcoHub” platforması ilə birgə həyata keçirilən layihənin məqsədi urbanizasiyanın daha sıx olduğu, karbon emissiyası və istixana qazlarının ətraf mühitə daha çox tullanıldığı ərazilərdə dayanıqlı inkişafa töhfə verən addım atmaqdır.

Olduğu ölkələrdə vətəndaşlıq fəaliyyətləri ilə seçilən “P&G” bu addımı ilə Azərbaycanda 25 hektar torpağın eroziyasının qarşısının alınmasına səbəb olacaq.

“Birlikdə gələcəyimizə nəfəs verək!” şüarı ilə keçirilən ağacəkmə kampaniyası “Procter&Gamble”in Azərbaycanda fəaliyyətinin 25 illiyinə həsr olunub.

“Bu, bizim Azərbaycan ofisinin yubileyinə həsr olunmuş daha bir sosial məsuliyyət fəaliyyətidir. Amma Azərbaycan təbiətinə bu vətəndaş yanaşması təkcə “P&G”nin addımı deyil. Bizim məhsullarımızın istehlakçıları aldıqları məhsulla ağac əkilməsinə dəstək olacaqlar”, - “P&G” şirkətinin Qafqaz və Orta Asiya üzrə baş direktoru İrakli Qabriadze belə deyib.

“Dayanıqlı İnkişaf üçün 2030 Gündəliyi”nə öz töhfəsini vermək istəyən “Procter&Gamble” bütün əməliyyatlarında karbon ayaq izini kiçiltməyi və karbona neytral plana keçməyi qarşısına məqsəd qoyub. “P&G” öz brendləri ilə hər günü insanlar və planet üçün daha yaxşı etməyə çalışır. Şirkət öz dayanıqlı inkişaf məqsədlərini “2030 Ambisiyası” adı altında birləşdirərək, gələcəyə daha yaşıl və yaşanılabilir dünya saxlamağı hədəfləyib. “P&G” 2030-cu ilə qədər istixana qazı emissiyalarını 50% azaltmağı və bütün istehsal müəssisələri üçün 100 % bərpa olunan elektrik enerjisi almağı planlaşdırıb.

“Procter&Gamble” (P&G) haqqında

“P&G” öz brendləri ilə dünyada təqribən 5 milyard insana xidmət göstərir. Şirkət “Pampers”, “Tide”, “Ariel”, “Head&Shoulders”, “Always”, “Pantene”, “Fairy”, “Blend-a-med”, “Oral-B, Gillette”, “Safeguard”, “Braun”, “Old Spice”, “Herbal Essences” kimi etibarlı, keyfiyyətli və qabaqcıl brendlərdən ibarət ən güclü məhsul çeşidlərinin birinə sahibdir. “P&G” icması təqribən 70 ölkədə fəaliyyət göstərir. “P&G” şirkəti, onun brendləri haqqında ətraflı məlumat almaq və ən son xəbərləri oxumaq üçün www.pg.com saytına baş çəkin.

Bizimlə əlaqə saxlayın

Digər Reklam xəbərləri