2023-cü ilin 19-21 sentyabr tarixlərində “Azərikard” əməliyyat mərkəzi və “OpenWay” beynəlxalq şirkətlər qrupu tərəfindən Azərbaycan bankları üçün işgüzar görüş, həmçinin “OpenWay” şirkətinin Belçikanın Lüvan-la-Növ şəhərində yerləşən baş ofisinə səfər təşkil edilib.
Səfərin əsas məqsədini “OpenWay” komandası ilə tanışlıq, birgə layihələrin idarə edilməsində yeni yanaşmaların müzakirəsi , “OpenWay” şirkətinin innovativ məhsul və xidmətləri ilə tanışlıq, həmçinin, təşkilatın qlobal bazarlarda - ABŞ, Avstraliya, Belçika, İtaliya, Finlandiya, Polşa, Kipr, Ukrayna, Qazaxıstan, Gürcüstan, BƏƏ, Vyetnam, İndoneziya, Keniya və s. ölkələrdə nümayiş etdirdiyi təcrübənin ətraflı müzakirəsi təşkil edib.
Bununla yanaşı, səfər zamanı “OpenWay” şirkətinin yüksək ixtisaslı menecer və mütəxəssislərinin iştirakı ilə işgüzar sessiyalar, diskussiyalar və “dəyirmi masa” iclasları keçirilib. Bu səfər tərəfdaş banklar arasında əməkdaşlığın möhkəmləndirilməsi ilə yanaşı “Azərikard” əməliyyat mərkəzinin daha da təkmilləşdirilməsi və inkişafı üçün müxtəlif ölkələrin ən yaxşı təcrübələrindən istifadə etmək istəyini nümayiş etdirib.
Rəylər