Dek
2023
13:44
52
21
2448
Virtual karabakh

“Toyota” avtomobillərini əldə edərkən nəyə diqqət yetirilməlidir? - Müəmmalı zəmanət təklifi - VİDEO

1 Dek, 2023
13:44
2448

“Toyota” avtomobillərini əldə edərkən nəyə diqqət yetirilməlidir? - Müəmmalı zəmanət təklifi - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Son vaxtlar Çindən və ərəb ölkələrindən gətirilən və qeyri-rəsmi şəbəkələrdə satılan “Toyota” avtomobillərinə həmin şəbəkələr öz adlarından “zəmanət” təqdim edirlər. Bu “zəmanət”in əsası varmı? Sürücülər hər hansı problem baş verdikdə təqdim olunan “zəmanət”dən istifadə edə bilirlərmi?

Çünki rəsmi diler mərkəzlərinə zəmanətlə bağlı Çindən və ərəb ölkələrindən əldə olunan avtomobillərlə bağlı müraciət etdikdə müsbət cavab verilmir. Bəs bunun səbəbi nədir?

Bu və digər suallarla bağlı Avtosfer.TV-nin qonağı “Toyota” Qafqaz şirkətinin Azərbaycan üzrə nümayəndəsi Sabir Kazımzadə olub. O, ekspert Elməddin Muradlı ilə birlikdə qeyd olunan məsələlər ətrafında danışıb.

Sabir Kazımzadə bildirib ki, ölkəyə Çindən, Dubaydan və bir sıra fərqli ölkələrdən idxal olunan avtomobillərdə “Toyota”nın bütün keyfiyyət standartlarına uyğun olaraq istehsal olunmuş avtomobillərdir. Ancaq vacib məqam odur ki, bu avtomobillər həmin region üçün nəzərdə tutulmuş və avtomobillərin komponentləri həmin ölkənin və yaxud regionun iqlim şəraitinə, yanacaq keyfiyyətinə, yol infrastrukturuna uyğun olaraq istehsal olunub.

Azərbaycanda rəsmi “Toyota” diler mərkəzləri tərəfindən təqdim olunan avtomobillər isə “Toyota” tərəfindən Avropa regionu üçün nəzərdə tutulmuş və xüsusilə də Azərbaycanın iqlim şəraiti, yanacaq keyfiyyəti, yol infrastrukturu nəzərə alınaraq istehsal olunmuş avtomobillərdir. “Toyota” ölkənin bütün bu xüsusiyyətlərini nəzərə alaraq avtomobildə hansı mühərrikdən hansı asqı sistemindən və bir sıra digər komponentlərin istifadəsinə qərar verir.

“Ona görə də, Çindən və ərəb ölkələrindən idxal olunan və bu yeni avtomobilləri qeyri-rəsmi şəbəkələrdən əldə edən şəxslər sonradan hər hansısa bir zəmanət məsələsi ilə üzləşdikdə çox təəssüf ki zəmanət çərçivəsində köməksiz qalırlar. Çünki bu avtomobillər “Toyota” tərəfindən başqa region üçün nəzərdə tutulub və başqa xüsusiyyətlərə və komplektasiyalara malikdir”.

Qeyri-rəsmi şəbəkələrin təqdim etdiyi “zəmanət”ə münasibət bildirən qonaq qeyd edib ki, Azərbaycanda yalnız rəsmi “Toyota” mərkəzləri “Toyota” avtomobillərinə zəmanət təqdim etmə haqqına sahibdirlər. “İstehsalçı tərəfindən milyonlarla ehtiyat hissələri zəmanətlə əhatə olunur. Hətta zəmanətlə əhatə olunan ehtiyat hissələrinin bəzən birinin dəyəri 30-35 000 ABŞ dollarına çatır. Ancaq qeyri-rəsmi şəbəkələr tamamilə öz risklərinə və öz adlarından bu “zəmanəti” alıcılara təqdim edirlər. İstehsalçının bu zəmanətlə heç bir əlaqəsi yoxdur”.

Sabir Kazımzadə alıcılara məsləhət görüb ki, bu riskləri hər zaman nəzərə alsınlar:

“Çünki təqdim edilən zəmanət müddətində hər hansı bir detal sıradan çıxdığı zaman həmin qeyri-rəsmi şəbəkələr bu dərəcədə bahalı hissələri həqiqətən qarşılaya biləcəklərmi? Həmçinin bu şəbəkələr öz fəaliyyətini dayandırdıqda bu halda müştərilər kimə müraciət edəcəklər? Göründüyü kimi bir sıra cavabsız suallar yaranır. Alıcılar çox diqqətli olmalıdırlar”.

Qeyd edək ki, Azərbaycanda rəsmi diler mərkəzlərindən əldə olunan yeni “Toyota” avtomobillərinə mütəmadi olaraq dövri texniki xidmət rəsmi diler mərkəzlərində yerinə yetirildiyi halda zəmanət müddəti 10 ilə və ya 160 000 km-ə qədər təqdim olunur.

Xatırladaq ki, “Toyota”nın Azərbaycanda rəsmi diler mərkəzləri “Toyota Bakı Mərkəzi”, “Toyota Abşeron Mərkəzi”, “Toyota Gəncə Mərkəzi”dir. Bu mərkəzlərdə “Toyota” tərəfindən sertifikatlaşdırılmış satış və servis heyəti ən yüksək standartlara uyğun xidmət göstərir.

Bizimlə əlaqə saxlayın

Digər Reklam xəbərləri