Fev
2024
10:30
78
18
1048
Virtual karabakh

“Chery” ardıcıl 21-ci dəfə Çinin ən böyük avtomobil ixracatçısı oldu

6 Fev, 2024
10:30
1048

“Chery” ardıcıl 21-ci dəfə Çinin ən böyük avtomobil ixracatçısı oldu

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

1.881.316 ədəd satışla, 2002-ci ildən etibarən “Chery” ardıcıl hər il Çinin ən çox sayda avtomobil ixrac edən istehsalçısıdır.

Ölkəmizdə qısa bir zamanda sevilən və bir çox modeli ilə ciddi istifadəçi kütləsinə sahib olan “Chery”, qlobal bazarda da böyüməyə davam edir. 2023-cü ildə “Chery Automobiles” illik 1.881.316 avtomobil satışı ilə ötən il ilə nisbətdə 52,6% artım edib. Artıq ardıcıl olaraq 21-ci ildir ki, “Chery” hər il həm daxili, həm də xarici bazara ən çox avtomobil satan Çin brendidir.

“Chery” yenilik və innovasiyanı özünün əsas strategiyası kimi qəbul edir. Bu səbəbdən də Şimali Amerika, Cənubi Amerika və Avropa da daxil olmaqla dünyanın bir çox fərqli nöqtəsində böyük araşdırma mərkəzlərinin fəaliyyətinə start verilib. 2023-cü ilin sonunda “Chery” artıq 29 000-dən çox patent üçün müraciət edib və artıq 18.000-dən çox patenti özünün yüksək sənaye sıralarına yerləşdirə bilib.

“Chery”, “Google” və “Kantar” tərəfindən birgə yayımlanan “2023 Çin Qlobal Marka Qurucuları Top 50” siyahısında, “Chery” avtomobil kateqoriyasında birinci yerdə qərarlaşıb. “J.D. Power” avtomobil indeksi araşdırmalarına görə, “Chery” Çinin yerli brendləri arasında “IQS” (İlkin Keyfiyyət Araşdırması) üzrə birinci yerdədir.

“Chery Automobiles” yeni 2024-cü ildə də həm ölkəmizdə, həm də qlobal bazarlarda keyfiyyət və etibara əsaslanmış daha çox avtomobili istifadəçilərə təqdim etməyi özünə əsas hədəf götürüb.

Bizimlə əlaqə saxlayın

Digər Reklam xəbərləri