Fev
2024
20:02
86
21
2538
Virtual karabakh

“Toyota” brendinin ən yeni avtomobili - “Toyota C-HR” təqdim edilib - FOTO

8 Fev, 2024
20:02
2538

“Toyota” brendinin ən yeni avtomobili - “Toyota C-HR” təqdim edilib - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Toyota” Abşeron Mərkəzində baş tutan təqdimatda şirkət həm də “Toyota”nın yenilənmiş satış konsepti - FFT (FrontLine For Tomorrow)-ni də müştərilərinə tanıdıb.

Müştərilərə daha rahat, sürətli və effektiv xidmət göstərmək üçün nəzərdə tutulan bu dəyişikliklər və konsept regionda ilk dəfə “Toyota” Abşeron Mərkəzində reallaşdırılıb. Müştəri mərkəzli qərar mexanizmlərində olan yeniliklərlə istər satış, istərsə də texniki servis prosesini daha şəffaf və komfortlu etmək FFT konseptinin əsas istiqamətlərindəndir. Əlavə olaraq, bütün sistemin rəqəmsallaşdırılması, “Toyota” brendinin ən son texnologiyaları da artıq “Toyota” Abşeron Mərkəzində müştərilərin xidmətindədir.

Tədbirin ikinci hissəsində isə tam yeni “Toyota C-HR” modeli müştərilərə təqdim olunub. Müasir və funksional interyer üslubu premium rahatlıqla birləşdirən bu model böyük zövqlə dizayn edilib.

“Toyota” ilk dəfə 2017-ci ildə təqdim olunan qeyri-ənənəvi dizayna, özünəməxsus xarakterə və yüksək keyfiyyətə malik bu model ilə bu günədək Avropada 840 000-dən çox satış edib.

Yeni “Toyota C-HR” modeli Azərbaycanda iki fərqli, “Toyota”nın ən yeni, beşinci nəsil hibrid texnologiyasına sahib mühərrikləri ilə təqdim olunub. Bunlardan biri 140 at gücünə sahib olan 1,8 litrlik hibrid mühərrik, digəri isə 197 at gücünə sahib iki litrlik hibrid mühərrikdir.

Ümumi uzunluğu 4 362 millimetr, eni 1 832 millimetr, hündürlüyü isə 1 558 millimetr olan yeni “Toyota C-HR” avtomobilinin kuzasının möhkəmliyi indi daha da artırılıb.

Ön faraları oxa bənzəyən 3D arxitekturaya sahib bu avtomobilin cizgiləri kəskindir. Həmin ön faralar dördhissəli LED işıqlarla təchiz olunub. Bu modeldə ən çox diqqətə çarpan məqamlardan biri gizlin qapı qollarıdır. “Toyota” ilk dəfə yeni “Toyota C-HR” modelində premium xüsusiyyət kimi qapı dəstəyini görünməz edib.

Ön tərəfdə olduğu kimi arxa hissədə də LED işıqlar hakimdir, belə ki, modelin adı arxa LED lampa ilə birləşərək cazibədar bir görünüş əmələ gətirir.

Bu ecazkar avtomobilin interyerinə nəzər salarkən 64 fərqli rəngdə kabinə işıqlandırılmasını xüsusi qeyd etmək lazımdır. Bu işıqlar xarici işıqlanmaya (hava şəraitinə), daxili istiliyə görə rəngini dəyişir.

Avtomobilin daxili monitor sistemi, düymələrlə idarə olunması, oturacaqları - bir sözlə interyer sizin rahatlığınız üçün hesablanıb. “Toyota Safety Sense” və “Toyota T-Mate” ilə təchiz olunmasına görə idarəetmənin daha rahat və təhlükəsiz həyata keçirilməsi nəzərdə tutulub. Bununla yanaşı, aydın informasiya üçün tam yeni 12,3 düyümlük kombimetr də sürücünün seçiminə köklənib.

Yeni “Toyota C-HR” modeli ilə “Toyota” cəsarətli bir addım atmaqla bərabər öz ənənəsinə də sadiq qalır. Səmərəliliyi ilə diqqətləri üzərinə toplayan bu model təkrar emal edilmiş materiallardan hazırlanıb və heç bir heyvan mənşəli məhsullardan istifadə edilməyib. Qabaqcıl texnologiyaların təsiri ilə onun həm çəkisi, həm istehsalı zamanı CO2 emissiyaları azaldılıb ki, bu da ətraf mühiti qorumağa dəstək olur.

Yeni “Toyota C-HR” müştərilərinə aydın və intuitiv təcrübə qazandırmaq üçün nəzərdə tutulub. “Toyota” müştəriyönümlü bu yeni modeli ilə hərtərəfli inkişaf prosesini fərdiləşdirib və istehlakçıya dəyər qatmaq üçün funksionallığı inkişaf etdirib. Belə ki, bu təcrübə hətta sürücü avtomobilə əyləşməmiş başlayır. Sürücü yaxınlaşdıqca maşın onu xüsusi işıqlandırma ilə qarşılayır, oturacaq mövqeyi, alətlər ekranı və multimedia üçün əvvəlcədən saxlanmış parametrlər avtomatik tətbiq edilir.

“Toyota” bütün dünyada tarix yazarkən, yeni “Toyota C-HR” istehlakçılara daha unikal tərz, daha güclü performans və daha yaxşı effektivlik bəxş edəcək.

Yeni “Toyota C-HR” xəyal edilib, dizayn edilib və istehsal edilib. Onun yeni dövrün reallığı ilə birbaşa əlaqəsi var!

Yeniliklərə doğru bir addım atmaq istəyənlər üçün yeni “Toyota C-HR”!

Yeni “Toyota C-HR” 1,8 litr hybrid və iki litr hybrid mühərriklə artıq “Toyota” Abşeron Mərkəzində sizləri gözləyir.

Ünvan: Bakı-Sumqayıt şossesi 6-cı kilometr, 012 349 00 60/*0110

Bizimlə əlaqə saxlayın

Digər Reklam xəbərləri