14 
Fev
2024
16:46
12
31
818
Virtual karabakh

“SİMA İmza”da FİN kod və seriya nömrəsi ilə qeydiyyat mümkün oldu

14 Fev, 2024
16:46
818

“SİMA İmza”da FİN kod və seriya nömrəsi ilə qeydiyyat mümkün oldu

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan “AzInTelecom” MMC tərəfindən yaradılmış “SİMA İmza” funksionallıqlarını artırmağa davam edir.

Texniki təkmilləşdirmə işləri nəticəsində “SİMA İmza” mobil tətbiqində qeydiyyat prosesi daha da sadələşdirilib. Artıq vətəndaşlar sadəcə şəxsiyyət vəsiqəsinin FİN kodunu və seriya nömrəsini daxil edərək tətbiqdə qeydiyyatdan keçə bilərlər. FİN kod və seriya nömrəsini daxil etdikdən sonra mobil cihazın kamerası ilə üztanıma testindən keçmək kifayətdir ki, süni intellekt sayəsində şəxsin eyniləşdirilməsi aparılsın.

Xatırladaq ki, bu funksionallığa qədər vətəndaşlar ya şəxsiyyət vəsiqəsinin şəklini tətbiqə yükləməli, ya da vəsiqəni skan etməklə qeydiyyatdan keçməli idilər. Yeni funksionallıq sayəsində isə şəxsiyyət vəsiqəsi üzərində olmayan şəxslər belə rahatlıqla “SİMA İmza” mobil tətbiqində qeydiyyatdan keçə bilərlər.

Məlumat üçün bildirək ki, bu yenilik Azərbaycanda qanuni əsaslarla yaşayan (müvəqqəti və ya daimi yaşayış icazəsi vəsiqəsinə sahib olan) xarici vətəndaşlar üçün də keçərlidir.

“SİMA İmza” həm vətəndaşlar, həm də xidmət təklif edənlər üçün bir sıra üstünlüklər yaradır. Yeni nəsil rəqəmsal imza ilə maliyyə xərcləri azalır, vaxt itkisi aradan qalxır. Həmçinin “SİMA İmza”nın istənilən sistemə inteqrasiya oluna bilməsi, eləcə də avtomatlaşdırma istifadəçilərə sürətli və istənilən sayda imzalama imkanı qazandırır.

Bu imkandan faydalanmaq üçün “SİMA İmza” tətbiqini mobil cihaza yükləmək və bir dəfə qeydiyyatdan keçmək kifayətdir. Rəqəmsal xidmətlərə əlçatanlığı artıran “SİMA İmza” ölkəmizdə biznes proseslərini sürətləndirəcək.

SİMA rəqəmsal imza ilə bağlı daha ətraflı məlumatı www.sima.az saytından və “157” Zəng Mərkəzi ilə əlaqə saxlayaraq əldə edə bilərsiniz.

Bizimlə əlaqə saxlayın

Digər Reklam xəbərləri