17 
Fev
2024
09:00
94
30
1690
Virtual karabakh

“Rolls-Royce Motor Cars Baku” 2023-cü ilin uğurunu qeyd edir - FOTO

17 Fev, 2024
09:00
1690

“Rolls-Royce Motor Cars Baku” 2023-cü ilin uğurunu qeyd edir - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Rolls-Royce Motor Cars Baku” 2023-cü ildə öz tarixində ardıcıl üçüncü ən yüksək illik satışlar və rekord səviyyədə “Bespoke” sifarişləri ilə daha bir uğurlu il keçirdi.

Şirkətin yüksək göstəricilərinin əsas səbəbi “Bespoke” fərdiləşdirmə xidmətləri və müştərilərin daim artan gözləntilərinə cavab vermək və onları aşmaq qabiliyyətidir, Bakıda satılan hər bir avtomobil “Bespoke” xüsusiyyətlərini malikdir.

Əhəmiyyətli biznes inkişafı bütün “Rolls-Royce” modellərinə güclü müştəri tələbi ilə dəstəklənib. “Cullinan”, “Ghost”, o cümlədən “Black Badge” versiyaları və flaqman “Phantom” il ərzində böyük tələbat qazandı, ilk “Spectre” isə noyabr ayında müştəriyə təhvil verildi.

Dilerlik 2014-cü ildə açılandan bəri yeni və “Provenance” avtomobillərin müştərilərinə üç rəqəmli satışlar həyata keçirmişdir. 2021-ci ildə Azərbaycanda uğurlu debütdən sonra “Provenance Pre-Owned” proqramı daha da inkişaf edir. “Provenance” avtomobili almaqla müştərilər yeni “Rolls-Royce” almağın eyni təcrübə və rahatlıqdan zövq ala bilərlər.

“Rolls-Royce Motor Cars Baku”nun brend meneceri Zaur Səttərov bildirib ki, müştərilərin gözləntilərini doğrultmaq onlar üçün çox xoşdur:

“Daim artan müştəri gözləntilərinin qarşılanması və üstələnməsinin əvvəllər görünməmiş performans səviyyələri ilə nəticələndiyini görmək çox xoşdur. Əmin olun ki, işimiz eksklüziv, “Rolls-Royce” avtomobilləri isə nadir olaraq qalacaq. Həyata gətirməkdən məmnun olduğumuz unikal “Bespoke” dizaynları ilə dəstəklənən müştərilərimizin haqlı olaraq gözlədikləri budur”.

“Improtex Motors”un tərkibinə daxil olan diler, ikinci rübdə paytaxtın mərkəzində yeni salonun açılacağını təsdiqləyib. “Rolls-Royce”un elektrikli dövrünün başlanğıcını müşayiət etmək üçün servis mərkəzinin yenidən dizaynı da daxil olmaqla, yeni müştərilər üçün əvvəlki salonun tam transformasiyasıdır. Sərgi salonu və servis müəyyən vaxtlarda xidmətlərə bəzi məhdudiyyətlərlə açıq qalır.

“Improtex Motors” şirkətinin baş direktoru Bayram Yaqubov bu uğurdan qürur duyduğunu qeyd edib:

“Bizim əldə etdiyimiz müstəsna uğur komandanın kollektiv həvəsinin və fədakarlığının birbaşa təzahürüdür. Mən çox qürur duyuram ki, biznesin inkişafı gələcək üçün güclü təməlimizi daha da artırır və lüksün növbəti səviyyəsinə doğru irəliləyərkən uzunmüddətli müştəri münasibətlərinə əhəmiyyətli investisiyalar qoymağa imkan verir”.

“Rolls-Royce Motor Cars”ın Böyük Britaniya, Avropa və Mərkəzi Asiya üzrə regional direktoru Boris Weletzky öz növbəsində təşəkkürünü bildirib:

“Lüks evi olaraq biz həqiqətən də gördükləri hər işdə mükəmməlliyə can atan tərəfdaşlara etibar edirik. Mən “Rolls-Royce Motor Cars Baku”nun üstün öhdəliyinə və regional, qlobal uğurumuza verdiyi töhfəyə görə səmimi təşəkkürümü bildirmək istərdim”.

Lüks əşyaların aparıcı istehsalçısı bu yaxınlarda tarixi qlobal illik satış rekordunu, eləcə də Avropa regionu üçün bütün zamanların rekordunu təsdiqlədi. 2023-cü ildə dünya üzrə satışlar 6032 avtomobilə çatdı və “Bespoke” sifarişlərinin dəyəri də rekord səviyyədədir. Bütün “Rolls-Royce” modellərinə tələb son dərəcə yüksək olaraq qalır və əvvəlcədən sifarişlər 2025-ci ilə qədər təmin edilir.

Bizimlə əlaqə saxlayın

Digər Reklam xəbərləri