“Kontakt” hamının ürəyindən xəbər verəcək “Samsung günləri” kampaniyası elan edir. Brendin ölkəmizdəki rəsmi distribütoru olan şəbəkə sabahdan seçilmiş “Samsung” məhsullarına 50%-dək endirim tətbiq edəcək.
Sadəcə 3 gün - fevralın 25-dək davam edəcək kampaniya çərçivəsində nağd alışda endirimlərlə bərabər, hissəli alışda “Samsung” smartfon və planşetlərini ilkin ödənişsiz, 12 ay faizsiz, smart saat və qulaqlıqları ilkin ödənişsiz, 18 ay faizsiz, televizor, monitor, soundbar, soyuducu, paltaryuyan, qabyuyan, tozsoran, soba və mikrodalğalı soba və digər məişət texnikasını isə ilkin ödənişsiz, faizsiz, üstəgəl komissiyasız imkanlarla əldə edə biləcəksiniz.
Bundan savayı, şəbəkə müştərilərinə endirimli qiyməti yerindəcə 3 aya bölmə imkanı da təklif edir.
Qeyd edək ki, “Kontakt” mağazalarında brendin həm rəqəmsal, həm də məişət əşyaları seqmentində yüzlərlə məhsulları 3 ilədək rəsmi istehsalçı zəmanəti ilə satış üçün təqdim olunur. Sözügedən məhsulları nağd alışda 150 manatdan, hissəli alışda isə ayda 8 manat 40 qəpikdən başlayan qiymətlərlə almağınız mümkündür.
Sadalan bütün şərtlər eynilə kontakt.az onlayn mağazasında da keçərlidir.
İndi isə gəlin “Samsung günləri”nin bəzi təklifləri ilə tanış olaq. Belə ki:
- 6 kiloqramlıq “Samsung” paltaryuyanını nağd alışda 1000 yox, cəmi 600 manata;
- 23 litr həcmli “Samsung” mikrodalğalı sobasını 280 yox, cəmi 200 manata;
- 109 santimetr ekranlı, smart “Samsung” televizorunu hissəli alışda ayda cəmi 50 manata;
- 256 GB yaddaşlı “Samsung Galaxy A25” smartfonunu ayda cəmi 42 manata;
- 2200 Vt-lıq “Samsung” tozsoranını isə ayda cəmi 17 manata ala bilərsiniz.
Odur ki, elektronika sahəsindəki uğurlarına görə qlobal texnologiya lideri kimi tanınan “Samsung” məhsullarını rəsmi satış mərkəzindən - “Kontakt” mağazalarından əldə etməyə tələsin. Ətraflı məlumat üçün *6060 Çağrı Mərkəzi ilə əlaqə saxlaya bilərsiniz.
Rəylər