29 
Fev
2024
11:00
36
13
592
Virtual karabakh

“AccessBank” “Azərikard” Prosessinq Mərkəzinə miqrasiya edib

29 Fev, 2024
11:00
592

“AccessBank” “Azərikard” Prosessinq Mərkəzinə miqrasiya edib

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“AccessBank” müştərilərinə göstərilən xidmətlərin təkmilləşdirilməsi, müştəri məlumatlarının təhlükəsizliyinin təmin edilməsi, habelə göstərilən xidmət çeşidlərinin genişləndirilməsi məqsədilə “Azərikard” Prosessinq Mərkəzinə keçid etdi.

Müştərilərə daha keyfiyyətli xidmət göstərmək üçün “AccessBank”ın texnoloji imkanlarını davamlı olaraq təkmilləşdirmək strategiyasının tərkib hissəsi olan miqrasiya fevralın 22-də saat 10:00-dan 22:00-dək həyata keçirilib. Hər iki komandanın yüksək peşəkarlığı və dəqiq planlaşdırması sayəsində miqrasiya prosesi uğurla həyata keçirilmişdir.

Prosessinq mərkəzinə miqrasiya nəticəsində “AccessBank” müştəriləri yeni imkanlardan yararlana biləcəklər. Bunların sırasına “Apple Pay”, “Google Pay” kimi qlobal alətlər, həmçinin “Azərikard”ın geniş texniki imkanları və digər üstünlüklərindən istifadə daxildir.

Bizimlə əlaqə saxlayın

Digər Reklam xəbərləri