29 
Fev
2024
15:54
52
18
561
Virtual karabakh

“Silk Way West Airlines” yenilənmiş IOSA sertifikatı ilə ən yüksək hava yükdaşıma təhlükəsizliyini qoruyur

29 Fev, 2024
15:54
561

“Silk Way West Airlines” yenilənmiş IOSA sertifikatı ilə ən yüksək hava yükdaşıma təhlükəsizliyini qoruyur

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Xəzər və Mərkəzi Asiya regionunun aparıcı yükdaşıma aviaşirkəti olan “Silk Way West Airlines” Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının (IATA) Əməliyyat Təhlükəsizliyi Auditi (IOSA) sertifikatını yenilədiyini elan edir. Bu mühüm nailiyyət aviaşirkətin təhlükəsizlik və əməliyyat mükəmməlliyinə davamlı sadiqliyini vurğulayır.

“Silk Way West Airlines” artıq altıncı dəfədir ki, IOSA auditindən uğurla keçməklə hava yükdaşımalarında beynəlxalq təhlükəsizlik tələblərinə ardıcıl riayət etdiyini sübut edir.

Bu audit şirkətin yeni IOSA standartlarına və təcrübələrinə uyğunlaşmaq və onları qəbul etmək bacarığının təzahürüdür. Çoxşaxəli qiymətləndirmə bir çox əməliyyat sahələrini, o cümlədən, yük və uçuş əməliyyatları, yerüstü idarəetmə, texniki xidmət və hava hərəkəti təhlükəsizliyini əhatə edərək “Silk Way West Airlines”ın misilsiz təhlükəsizlik göstəricilərini saxlamaq üçün fədakarlıq nümayiş etdirir.

“Silk Way West Airlines” şirkətinin korporativ keyfiyyət və uyğunluq təminatı üzrə vitse-prezidenti Darko Vuçiç aviaşirkətin təhlükəsizlik və müştəri məmnuniyyətinə sadiqliyini vurğulayıb:

“Müştərilərimizin gözləntilərini qarşılamaqla yanaşı, yüksəksəviyyəli beynəlxalq təhlükəsizlik standartlarına nail olmaq və onları üstələmək bizim əsas prioritetimizdir. IATA tərəfindən bilavasitə idarə olunan risklərin dəyərləndirilməsi əsasında keçirilmiş audit prosesinin nəticəsində IOSA sertifikatının yenilənməsi əməliyyat mükəmməlliyinə və təhlükəsizliyinə olan sarsılmaz sadiqliyimizin sübutudur və qlobal təhlükəsizlik sahəsində məqsədlərimizə nail olmaqda bir töhfədir”.

2015-ci ildə IATA-ya üzv olduqdan bəri “Silk Way West Airlines” IOSA audit proqramının tələblərini ardıcıl olaraq yerinə yetirir və üstələyir. Bu davamlı öhdəlik aviaşirkətin təhlükəsizliyə sadiqliyini təsdiq etməklə yanaşı, onun etibarlı hava yükdaşıma həlləri təminatçısı kimi reputasiyasını qlobal miqyasda gücləndirir.

Əsası 2012-ci ildə İpək Yolunun qəlbi sayılan Bakıda qoyulmuş “Silk Way West Airlines” Heydər Əliyev Beynəlxalq Aeroportunda yerləşən 14 müasir “Boeing 777F”, “Boeing 747-8F” və “747-400F” yük təyyarəsindən ibarət donanması ilə dünyanın müxtəlif ölkələrinə hər ay yüzlərlə uçuş həyata keçirir. Donanmasını genişləndirən “Silk Way West Airlines” 28 aprel 2021-ci ildə beş yeni “777F” təyyarəsinin alınması üçün “Boeing” ilə strateji müqavilə imzalayıb, ardınca daha iki ən müasir “777-8F” yük təyyarəsinin alınması üçün 10 noyabr 2022-ci ildə müqaviləyə imza atıb. Həmçinin, 28 iyun 2022-ci ildə “Airbus” ilə iki “A350F” yük təyyarəsinin alınması barədə razılığa gəlib.

Aviaşirkətin illik yükdaşıma dövriyyəsi 500 000 tondan artıqdır, genişlənən marşrut şəbəkəsi isə Amerika, Avropa, MDB ölkələri, Yaxın Şərq, Mərkəzi və Şərqi Asiya üzrə 40-dan çox istiqaməti əhatə edir.

Heydar Aliyev International Airport

Baku AZ1044, Azerbaijan P|+994(12) 4374763 [email protected] www.silkwaywest.com

Bizimlə əlaqə saxlayın

Digər Reklam xəbərləri