Müğənni, aktrisa, aparıcı Hülya Avşarın bacısı Helin Avşarın Serhan Bora ilə qəfil nikaha daxil olmasının səbəbi ortaya çıxıb.
Oxu.Az Türkiyə KİV-nə istinadla xəbər verir ki, Helin Avşar 1 aydır eşq yaşadığı Serhan Boradan 14 fevralda evlilik təklifi alaraq 21 fevralda sadə bir mərasimlə nikah masasına əyləşib.
Türkiyə mətbuatı yazır ki, yeni ərə gedən dizayner iki günlük həyat yoldaşından hamilədir.
Tez-tələsik edilən sadə mərasimlə ailə quran Helin Avşar hamilə olduğu iddialar qarşısında səssiz qalıb.
Hülya Avşarın da bu vəziyyətdən xəbərdar olduğu deyilir.