Bir vaxtlar fantastik toy qiymətləri ilə şou-biznesi bir-birinə vuran xalq artisti Bilal Əliyev qiyməti yenidən qaldırıb.
Publika.az-ın məlumatına görə, sənətçi toy qiymətinin 200 000 min avro olduğunu deyir.
Özü də deyəsən bunu kimlərinsə acığına edir: “Əvvəl toy qiymətim 100 manat idi, daha sonra 125 avroya qalxdı. İndi isə, hər kəs eşidib bilsin, toy qiymətim 200 000 avrodır”.
Bilal Əliyev həmkarlarının bostanını daşlamağı da unutmadı: “Sənətə qalmaqalla gələnləri elə qalmaqalla da yada salacaqlar. Bir mahnı oxuyurlar o mahnının sözlərində 10 səhv olur. İndi beş-altı mahnı oxusalar gör musiqini nə günə salarlar e”. Bilal Əliyev həmin müğənniləri şeytan adlandırıb.
Oxu.Az