Məşhur aktrisa Öykü Çelik keçən il ərə getdiyi bursalı iş adamı Ahmet Murat Çakandan ayrılıb.

Oxu.Az Türkiyə KİV-nə istinadla xəbər verir ki, cütlük boşanmaq üçün ikitərəfli razılaşma yolu ilə gizli şəkildə Bursa Ədliyyəsi Ailə Məhkəməsinə müraciət edib.10 gün əvvəl baş tutan məhkəmə prosesində hakim Çelik və Çakanın boşanmasına qərar verib.

Qeyd edək ki, aktrisa keçmiş həyat yoldaşı ilə film çəkilişi zamanı tanış olmuşdu. Cütlük 25 günlük eşqlərini ani bir qərarla nikah masasında sonlandıraraq hər kəsi təəccübləndirmişdi. Lakin onların evliliyi cəmi 15 ay davam edə bildi.

Aytən Sadıqzadə
www.oxu.az