Türkiyənin məşhur aktrisası Nurseli İdiz Bebekdə rəfiqələri ilə bir araya gəlib.
Oxu.Az Türkiyə KİV-nə istinadla xəbər verir ki, əlində bir sıra qeydlər olan İdiz, dərslərini hazırladığını söyləyərək “Arxeologiyada bir dərsim qaldı. İnşallah 25 ildən sonra məzun oluram” deyib.
55 yaşlı aktrisa 1994-cü ildə Siyad Türk Sineması Mükafatlarında “Ən yaxşı qadın aktrisa” (“Çözülmeler”), 1995-ci ildə Ankara Film Festivalında “Ən yaxşı qadın aktrisa” (“Çözülmeler”), 2002-ci ildə Sadri Alışık Mükafatlarında “Ən yaxşı köməkçi qadın aktrisa” (“Şarkıcı”) adlarına layiq görülüb.

Aytən Sadıqzadə
www.oxu.az