26 yaşlı aktrisa Ashley Benson yaxın keçmişdə bir rol üçün seçim turlarına qatıldığını, amma kök olduğuna görə seçilmədiyini söyləyib.

Oxu.Az xəbər verir ki, “Ocean Drive” jurnalına müsahibə verən Ashley Benson “Bunu eşidəndə bir anlıq özümü pis hiss etdim. Demək olar ki, 30 dəqiqə boyunca ağladım” deyib.

Benson “Amma sonra özümə gəldim və bunu unutmağa qərar verdim. Çünki bu cür fikirlər insanda qida pozğunluqlarına qədər uzanan problemlərə yol aça bilər” deyərək açıqlama verib.

Aktrisa kino sahəsində bir çoxlarının buna bənzər tənqidləri tez-tez eşitdiyini dilə gətirib:

“Amma bir müddət sonra bunlar sizi daha güclü edir. Əgər kim isə bu cür sözlərə çox qulaq asarsa, bu sahədə qala bilməz, ya da dəli olar”.

Qeyd edək ki, 1.62 sm boyu olan Ashley Benson 54 kq çəkiyə sahibdir.
Aytən Sadıqzadə
www.oxu.az