Model Yulianna Yussefin bədənində çoxlu sayda xal və ləkələr var.

Oxu.Az xəbər verir ki, bu, insanlarda genetik cəhətdən nadir hallarda rast gəlinir.

Vücudunda anadangəlmə yüzlərlə ləkə olan 26 yaşlı model doğulanda həkimlər əvvəllər bu cür hadisə ilə qarşılaşmadıqlarını söyləyərək təəccüblərini gizlədə bilməyiblər.

Yulianna Yussef bu vəziyyətin onun üçün hansısa maneə yaratmasına icazə vermir.

Hər yerdə bədənini çəkinmədən sərgiləyir. Sosial şəbəkədə olduqca məşhur olan Y.Yussef cəsarətli pozaları və izləyicilərinə davamlı şəkildə müsbət mesajlar verməsi sayəsində minlərlə təqibçi qazanıb.

“Qızımın bədənində anadangəlmə bir ləkəsi var. Bu, məni çox narahat edirdi. Lakin sənin yazdıqlarını oxuduqdan sonra onun o qədər dərd ediləcək bir şey olmadığını anladım”,-deyə izləyicilərindən biri sosial şəbəkədə modelə yazıb.

Aytən Sadıqzadə
www.oxu.az