Fransada 68-ci Kann Film Festivalının açılış mərasimi keçirilib.
Oxu.Az-ın xarici KİV-ə istinadən məlumatına görə, ənənəvi olaraq qırmızı xalı üzərinə məşhurlar çıxıblar. Onlar arasında Natali Portman və həyat yoldaşı Benjamin Milpye, Naomi Uotts, İzabella Rosselini, Culian Mur, Ksavye Dolan, Con Leqend, Bar Rafaeli, Karli Kloss, Lyupita Nionqo, Ketrin Denev, Dautsen Krez və digər tanınmışlar yer alıb.
Tədbir 11 gün davam edəcək və mayın 24-də "Qızıl Palma" mükafatlandırma gecəsi ilə başa çatacaq.
Festivalın builki münsifləri aktrisalar Sofi Marseau, Sienna Miller, Rosi de Palma, rejissor Gilyerme del Toro, aktyor Ceyk Gillenhall və müğənni Rokia Traoere-dir. Münsiflər heyətinin sədri isə rejissorlar Joel və Etan Koellərdir.
Qeyd edək ki, mükafat uğrunda 19 film mübarizə aparır.