Məşhur amerikalı aktrisa Holland Taylor homoseksual olduğunu açıqlayıb.
Oxu.Az xarici KİV-ə istinadla xəbər verir ki, ABŞ-ın CBS kanalında 2003-ci ildən 2015-ci ilə qədər ekranlara gələn “Two and a Half Man”in aktrisası H.Taylor bir qadınla uzunmüddətli əlaqəsinin olduğunu söyləyib.
“WNYC” radio kanalında qatıldığı bir proqramda sualları cavablandıran 72 yaşlı Taylor bu haqda ilk dəfə danışıb.
Aparıcının “Eynicinsli evliliyə necə baxırsınız?” sualına Taylor bunu edə biləcəyini və evliliyin gözəl bir simvol, eyni zamanda da xüsusi bir an olduğunu söyləyərək, bunu irəlidə edəcək olsa da, açıq bir şəkildə etməyəcəyini dilə gətirib.
Aktrisa qadın sevgilisinin adını söyləməkdən çəkinərək, aralarında olduqca böyük yaş fərqi olduğunu deməklə kifayətlənib.
Qeyd edək ki, H. Taylor 1999-cu ildə “Emmi” mükafatına layiq görülüb.
Aytən Sadıqzadə
www.oxu.az