Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

A$AP Rocky üzərində Rihannanın heykəli olan qızıl üzüyü nümayiş etdirdi
Repçi A$AP Rocky qızıl və brilyantlardan hazırlanmış, üzərində sevgilisi Rihannanın heykəli olan üzük alıb.
Oxu.Az xəbər verir ki, bu barədə "People" məlumat yayıb.
Məlumata görə, zərgər Cason Araşeben repçi A$AP Rocky-nin zərgərlik kolleksiyası haqqında reportaj çəkib. İfaçı ona sözügedən üzüyü nümayiş etdirib.
Qeyd edək ki, A$AP Rocky və Rihanna artıq bir neçə ildir ki, qeyri-rəsmi olaraq birlikdə yaşayırlar. Cütlüyün 2 övladı var.
"Rihanna" teqi üzrə xəbərlər
Ən çox oxunanlar