Müğənni Röya Ayxan idman edərkən çəkdirdiyi şəkli İnstaqram səhifəsində paylaşıb.
Oxu.Az xəbər verir ki, ifaçı şəklə “Bircə futbol oynamağım qalıb. Abbas Bağırov, onsuz da, mənim kimi 50 kiloqram olmayacaqsan” şərhini yazıb.
Əməkdar artist A.Bağırov isə Röyaya “Bunun idman etməyinə bax... Sən canı, ondansa get bir dənə dondurma ye və televizora bax. Qadan alım, sənə belə halda baxanda idmana nifrət edirəm. Səni Gəncəyə, o dediyim səfalı yerə aparacam”,- deyə cavab verib.
