Əməkdar artist Abbas Bağırov növbəti dəfə ailə həyatı qurmağa hazırlaşır.
Oxu.Az xəbər verir ki, müğənni bu haqda Xəzər TV-də yayımlanan “Star life” verilişində məlumat verib.
“Toy haqda geniş danışmaq istəmirəm. Könül Kərimova toyla bağlı məlumatları bilir. Ona etibar etdiyim üçün açıqlamışam. Qeyri-adi toy olacaq. Mediaya qapalı keçiriləcək. Lakin məclisdən müəyyən görüntüləri efirə təqdim edəcəyəm”, - deyə müğənni bildirib.
Xatırladırıq ki, bu, ifaçının ilk evliliyi deyil. Onun birinci nikahı uğursuz alınıb.
Aytən Sadıqzadə
www.oxu.az