Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

ABŞ-nin məşhur aktrisasının ölüm səbəbi naməlum qaldı: Ailəsi yarılmadan imtina etdi
"Eurotrip" və "Buffy the Vampire Slayer" filmlərinin ulduzu Mişel Traxtenberqin ölüm səbəbi müəyyən edilməmiş qalıb.
Oxu.Az xəbər verir ki, bu barədə "The Guardian" məlumat yayıb.
Qeyd olunur ki, aktrisanın ailəsi dini səbəblərə görə onun cəsədinin yarılmasından imtina edib.
Nyu-York Şəhər Tibbi Ekspertiza İdarəsi Traxtenberqin ölüm səbəbini "müəyyən edilməmiş" kimi təsdiqləyib. Aktrisanın meyitinin üzərində zorakılıq əlamətlərinin olmadığı vurğulanır. Məhz buna görə də ştat qanunlarına görə, məhkəmə-tibbi eksperti qohumların yarılmadan imtina etmək qərarını ləğv edə bilməz.
Ən çox oxunanlar