Türkiyəli aparıcı-prodüser Acun İlıcalının braziliyalı top model Adriana Lima ilə evlənəcəyi iddia olunur.
Oxu.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, A.Limanı tez-tez Türkiyəyə dəvət edən aparıcı ona vurulub.
Hətta Acun həyat yoldaşı Zeynəb İlıcalıdan boşanmaq qərarına gəlib. Acunun həyat yoldaşına təzminat kimi 50 milyon lirə ödəməyə hazırlaşdığı bildirilir.
Qeyd edək ki, Adriana Lima ötən ay həyat yoldaşı, tanınmış basketbolçu Marko Carikdən boşanıb.