Türkiyəli müğənni Ebru Polat toy hazırlıqları üçün alış-veriş edərkən kameralara yaxalanıb.
Oxu.Az Türkiyə mətbuatına istinadla xəbər verir ki, ifaçı keçən həftələrdə nişanlanıb, ailə quracağını söyləmişdi.
İndi isə müğənni sürpriz qərarla önümüzdəki həftələrdə İtaliyanın Milano şəhərində ailə quracağını etiraf etdi.
Toy hazırlıqlarının və fotosessiyasının bitdiyini söyləyən Ebru Polat 2015-ci ilin əvvəlində ana olacağını söyləyib.
O, nişanlısının kim olduğunu isə toydan sonra söyləyəcəyini bildirib.
Xatırladaq ki, müğənninin adı bir aralar azərbaycanlı iş adamı ilə hallanırdı.
Aytən Sadıqzadə
www.oxu.az