Braziliyalı supermodel Adriana Lima və onun əri serbiyalı basketbolçu Marko Yariç nikahlarında son nöqtəni qoyublar. Cütlük hələ 2014-cü ilin mayında ayrıldıqlarını bildirmişdi, amma yalnız indi başladıqları işi sona çatdıra biliblər.

Oxu.Az xəbər verir ki, Dünən Manhettenin ali məhkməsi onların nikahını ləğv edib. Boşanma prosesindən yalnız cütlüyün qızları Valentina və Siennanın anaları ilə yaşayacaqları məlumdur.
Xatırladaq ki, Adriana və Marko 2009-cu ildə evləniblər, ona qədər isə Lima musqiçi Lenni Kravitsla məhəbbət macərası yaşayıb, onlar hətta nişanlanmışdılar.

Hazırda modelin şəxsi həyatı barədə məlumat çox azdır, karyerası ilə məşğuldur. Əri ilə ayrıldıqdan sonra onun Castin Biber və tatuajı olan yaraşıqlı biri ilə məhəbbət yaşadığı barədə şayiələr yayıldı. Amma bu kişinin kim olduğunu jurnalistlər öyrənə bilmədilər.

Lima özü isə şəxsi həyatı haqqında xəbərləri şərh etmir.