“ATV Maqazin 10larla” proqramının aparıcısı Afaq Gəncəlinin başına xoşagəlməz iş gəlib.
Oxu.Az xəbər verir ki, sosial media hesabının “Hekayə” bölümündə teleaparıcının paylaşdığı görüntülərdə sol əlinin sarğılı olması diqqətdən qaçmayıb.
Afaqın qolunun sındığı deyilir.
Məsələ ilə bağlı Oxu.Az-ın əməkdaşı A.Gəncəli ilə əlaqə saxlayıb.
Teleaparıcı qolunun sınmadığını, ehtiyatsız davrandığı üçün zədələndiyini bildirib.
Rəşad Əliyev