Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Afflekin keçmiş həyat yoldaşı Qarner onun Lopeslə münasibətindən narazılıq etdi
Hollivud ulduzu Cennifer Qarner keçmiş həyat yoldaşı Ben Afflekin Cennifer Lopeslə ünsiyyətindən narazılığını bildirib.
Oxu.Az-ın verdiyi məlumata görə, bu barədə "In Touch Weekly" nəşri mənbəyə istinadən məlumat verib.
Bildirilir ki, Afflek Lopeslə söhbətlərində kifayət qədər kobud və deyingən davranır ki, bu da Qarneri qətiyyən qane etmir.
Qarner hesab edir ki, 49 yaşlı aktyor artıq yetkinləşməli və Lopesə qarşı daha mehriban olmalıdır. Aktrisa hesab edir ki, o, müğənniyə qarşı eqoist və nankor davranır.
Mənbə açıqlayıb ki, Qarner xüsusilə Lopesin boşanmaya baxmayaraq, Afflekin uşaqları ilə əlaqələri davam etdirməsinə heyranlığını vurğulayıb. Afflek isə Lopesin musiqiçi Mark Entoni ilə nikahından olan 13 yaşlı əkiz övladları Maks və Emma ilə ünsiyyətdən imtina edir.
"Lopes sözünü tutdu və uşaqların həyatında iştirak etməyə davam etdi, lakin Ben onun əkizləri üçün eyni şeyi etmədi. Cen (Qarner) onu danlayıb və səylərini artırmağa çağırıb", - deyə mənbə bildirib.
Xatırladaq ki, boşanandan sonra dostluq münasibətlərini qoruyan Cennifer Qarner və Ben Afflekin üç övladı var: 15 yaşlı Vayolet, 12 yaşlı Serafina və 9 yaşlı Samuel.
"Ben Afflek" teqi üzrə xəbərlər
- Ben Afflekin evinin yerləşdiyi məhəllə külə döndü: Qızı ilə kədərini paylaşdığı anlar görüntüləndi
- Ben Afflek Cennifer Lopeslə birgə görüntülənib
- Cennifer Lopes haqqında yeni şayiə yayıldı: Mühafizəçisi ilə eşq yaşayır?
- Cennifer Lopes Ben Affleklə boşanandan sonra əməliyyat etdirdi
- Cennifer Lopes ilk dəfə Ben Affleklə ayrılığını şərh etdi
Rəylər