Ailəsi “İşte benim stilim all star”ın birincisi olan Ayşenur Balcından imtina edib.
Oxu.Az Türkiyə KİV-nə istinadla xəbər verir ki, 19 yaşlı iştirakçı bundan əvvəlki mövsümdə də finala qədər gəlib çatmış, ancaq ortaya çıxan qalmaqallı şəkilləri ucbatından qalib ola bilməmişdi.
O, yarışmaya qatımazdan əvvəl Periscope-da nümayiş etdirdiyi yarıçılpaq fotosu ilə növbəti qalmaqala səbəb olub. Bu hərəkətindən sonra Ayşenur Balcı ailəsi tərəfindən rədd edilib.
Veriliş ərəfəsində isə studiyada huşunu itirən Ayşenur Balcı haqqında narkotik maddə istifadə etdiyi dedi-qoduları çıxıb. Günlərlə çox pis halda proqrama qatılan Ayşenur Balcı xüsusilə münsif Kamal Doğulunun ağır tənqidlərinə tuş gəlib.
Aytən Sadıqzadə
www.oxu.az