Geyim tərziylə öz həmkarlarnı kölgədə qoymağı bacaran Ajda Pekkan həmrəylik nümunəsi nümayiş edirib.
Oxu.Az xəbər verir ki, Pekkan Azərbaycanın Xalq artisti Brilyiant Dadaşovaya səhnə kostyumunu hədiyyə edib.
Bu haqda Türkiyə mətbuatı belə yazır:
“Superstarın bu davranışı böyük təqdir toplayarkən azəri müğənni isə qonşu ölkənin televiziyalarında Ajda Pekkandan “Böyük sənətkardır” deyə söz açıb.
Dadaşova Pekkandan belə bəhs edib:
'Bir ay əvvəl doğum günündə bir araya gəldik. Dedim ki, sizin bir paltarınızı çox bəyəndim. Hansı olduğunu soruşdu. Təsadüfən eyni paltarı yanında gətirmişdi. Mənə hədiyyə etdi. Ajda Pekkanın səsinə, sənətinə heyranam. Onun evində qonaq oldum. Pianoda bir mahnısını söylədim. Sonra özü "Kimlər gəldi" mahnısını oxudu”.

Aytən Sadıqzadə