Hatice Şendil və həyat yoldaşı Burak Sağyaşar ötən axşam yaxın dostları Hülya Darcanla birlikdə Nişantaşında şam yeməyində bir araya gəliblər.

Oxu.Az Türkiyə KİV-nə istinadla xəbər verir ki, məkanın çıxışında jurnalistlərin aktyor Sağyaşara ünvanlanan “sevgililər günündə sürpriziniz varmı?” sualına Hülya Darcan “Mən bunu hörmətsizlik kimi qəbul edirəm. Sevgililər günü hər gündür” deyərək söhbətə müdaxilə edib.

Aktrisa Hatice Şendil isə “sevgi hər gündür” deyib. O, gecəyə kürək hissəsi transparan köynəklə qatılıb.