Gərgin iş qrafikinə dözə bilməyən türkiyəli məşhur aktrisa Yeliz Yeşilmen xəstəxanalıq olub.
Oxu.Az xəbər verir ki, qan-damarlarına sistem köçürülən vəziyyətdə şəklini İnstagram hesabında paylaşan Yeşilmen ağır iş cədvəli və yuxusuzluq səbəbindən xəstələndiyini bildirib.

İki gün əvvəl də naxoşlayaraq xəstəxanaya müraciət etdiyini söyləyən gözəl aktrisaya yüksək qızdırma ucbatından tibbi müdaxilə edilib.

Həkimlər Yeşilmenə evində istirahət etməsini məsləhət görüblər.
