Türkiyəli aktyor Halit Ergenç mediada həyat yoldaşı, aktrisa Bergüzar Korel və aktyor Kənan İmirzalıoğlunun öpüşmə səhnələri ilə bağlı yayılan dedi-qodulara cavab verib.
Oxu.Az Türkiyə mətbuatına istinadla xəbər verir ki, məşhur aktyor xanımına inandığını söyləyərək onu müdafiə edib:
“Həyat yoldaşım Bergüzar Korel aktrisa, mən də aktyoram. Bergüzara rol üçün öpüşmə deyə bilmərəm. Bu, ona inanmadığım mənasına gəlir. Mən də ssenariyə uyğun bir çox qadınla öpüşmüşəm. Bergüzarın “Karadayı” serialında Kenan İmirzalıoğlu ilə öpüşmə səhnələri olur. Millət “hücum çəkməyə” başlayır. Mən həmişə həyat yoldaşımın arxasındayam”.
Aytən Sadıqzadə