“Yeşilçam” filmlərində rol alan aktyor Ahmet Uyanık alıcı rolundakı polislərə saxta 100 min dollar satmağa çalışarkən həbs olunub.
Oxu.Az Tükiyə KİV-nə istinadla xəbər verir ki, Maliyyə Suçlarla Mübarizə Şöbə Müdirliyinə bir qrup insan tərəfindən bazara külli miqdarda saxta pullar çıxarılacağı barəsində məlumat daxil olub.
Əməliyyata başlayan polislər saxta pulu bazara çıxartmağa çalışan insanlarla alıcı qismində əlaqə yaradaraq Ataşehirdəki AVM-lərdən birinin avtoparkında görüş təyin edib.

Ahmet Uyanık və Şükrü Polat görüş yerinə avtomobillə gəlib. Alış-veriş danışıqlarından sonra pul ortaya çıxdıqda polis dərhal hərəkətə keçib. Gerçək şəxsiyyətlərini açıqlayan polislər Ahmet Uyanık və Şükrü Polatı nəzarət altına alıb.
Çantada saxta 100 min 800 dollar və saxta 800 lirə olub. Ahmet Uyanıkın saxta pulları 15 min lirəyə satmaq istədiyi məlum olub. Uyanık polislərə verdiyi ifadəsində haqqındakı iddianı qəbul etməyib.
Daha 2 nəfərin ifasdəsindən sonra iş prokurorluğa təqdim edilib. Məhkəməyə çıxarılan Ahmet Uyanık və Şükrü Polat həbs olunublar.

Xatırladaq ki, Ahmet Uyanık “Kara çarşaflı gelin”, “Ustura Behçet”, “Süper kadın dehşet saçıyor”, “Korku çemberi” kimi filmlərdə rol alıb.
Aytən Sadıqzadə
www.oxu.az