Rusiyalı pop diva Alla Puqaçova uzun müddət ərzində ilk dəfə “Instagram”da abunəçiləri ilə əlaqə saxlayıb və “Ostankino” televiziya mərkəzinin binası üzərində proyeksiya ilə yazılan son nifrət mesajını şərh edib.
“İntellekt nə qədər aşağıdırsa, təhqir bir o qədər yüksək olur. Sülh içində yaşa, ölkə!” - deyə Puqaçova təhqirə reaksiya verib.
Посмотреть эту публикацию в InstagramQeyd edək ki, bundan əvvəl “Ostankino” televiziya mərkəzinin binasında sənətçiyə ünvanlanmış ədəbsiz mesaj peyda olub.
“Alla, nə yaxşı ki, qaçdın. Alla, sən uzun müddətdir ki, hamını burada ... (bezdirmişdin)”, - deyə yazıda qeyd olunub.
Puqaçovaya kimin bu sözləri yazdığı hələ məlum deyil.
Xatırladaq ki, Alla Puqaçova və Maksim Qalkin mart ayında uşaqları ilə birlikdə İsrailə gediblər. Primadonna tətilindən sonra Rusiyaya qayıtmağa söz versə də, bir çoxları cütlüyün xaricə mühacirət etdiyini və Rusiyaya qayıtmaq niyyətində olmadığını düşünür.
Mənbə: Gazeta.ru
Mövzuya aid xəbərlər
Digər xəbərlər