Primadonnanın yeni videosu internetdə onun doğum günündə yerləşdirilib, video Rusiyada müxalifət mitinqlərində iştirakçıların qovulması haqqında dramatik kadrlardan ibarətdir.
Oxu.Az MK.ru-ya istinadən bildirir ki, yubileyi günü Alla Puqaçova yeni “Bizi vururlar, biz isə uçuruq” mahnısını təqdim edib.
YouTube-da yerləşdirilən mahnının müşayiət olunduğu video çoxlarını təəccübləndirdi. Klipdə Rusiyanın müxtəlif şəhərlərində keçirilən etiraz aksiyalarından kadrlar istifadə edilib. Klipdə XTMB tərəfindən aksiyaçıların saxlanılmasını, futbol fanatlarının iğtişaşını, üzləri qanlı cavanları görmək mümkündür.
Qeyd edək ki, bu ərəfədə Rusiya prezidenti Vladimir Putin Alla Puqaçovanın “Vətənə xidmətə görə” IV dərəcəli orden ilə təltif edilməsi barədə fərman imzalayıb.