Novosibirskdən olan təqaüdçü “qəpik milyoneri” kimi tanınan Yuri Babkin bəyan edib ki, RF rəhbərinin keçmiş arvadı Lyudmila Putina ilə evlənmək istəyir.
Oxu.Az bunu RİA Novosti-yə istinadən bildirir.
“Mən 2008-ci ildən azadam. Lyudmila Aleksandrovna Putinaya evlənmək təklif etmək istəyirəm. Mən bu haqda hələ iki ay bundan qabaq düşünmüşəm, amma dünən Vladimir Vladimiroviçin sözləri təkan oldu. Ümid edirəm ki, arzum yerinə yetəcək”, - Babkin deyib.
Lyudmila Putinaya necə eşq elan edəcəyini soruşanda isə o cavab verib ki, ümid edir ki, onun niyyəti barədə KİV eşidəcək.
Yuri Babkin 2012-ci ilin dekabr ayında 1 qəpikliklərdən ibarət kolleksiyasını satışa çıxardıqdan sonra qəpik milyoneri kimi məşhurlaşdı. 7,5 ton çəkisi olan 5 milyon qəpiyi 19,9 milyon rubl dəyəri var. Babkin həmçinin MKİ eks əməkdaşı Edvard Snoudenə öz kotecində 5 otaq təklif etməsi ilə məşhurdur.
17 aprel tarixində rusiyalı vətəndaşlarla birbaşa keçirilən illik ənənəvi görüşdə RF prezidentinə Rusiyanın yeni birinci xanımını nə vaxt görəcəklərini soruşanda , o, öncə keçmiş arvadını ərə verib, sonra evlənəcəyini söyləmişdi.