Rusiya prezidenti Vladimir Putin “birbaşa xətt” zamanı öz şəxsi həyatına da toxunub.
Oxu.Az xəbər verir ki, ölkə yeni birinci xanımı nə vaxt görəcək? sualına cavab verən ölkə başçısı, keçmiş arvadını ərə verməmiş evlənmək fikri olmadığını söyləyib.
“Bilirsiz, mən əvvəlcə öz keçmiş arvadım Lüdmila Aleksandrovnanı ərə verməliyəm”, - deyə RF prezidenti açıqlama verib.
Xatırladaq ki, Vladimir və Lüdmila Putin ayrılmaq haqqında niyyətlərini 2013-cü ilin iyun ayının 6-da elan ediblər. Onlar 30 ildən artıq nikahda olublar.
Elvin Əhmədov
www.oxu.az