Müntəzəm olaraq İnçxon və Çecudo adası arasında reyslər edən “Sevol” gəmisi bazar ertəsi səhər saatlarında, sahildən 20 km aralıda dayazlığa oturub. İki saat ərzində gəmi su ilə dolaraq çevrilib.
Oxu.Az Euronews-a istinadən xəbər verir ki, qəzanın səbəbləri aydın deyil.
Xilas edilən sərnişinləri və qəza yerinə gələn qohumları Çedcudo adasının məktəbində yerləşdiriblər.
Gəmi suya tamamən batmamışdan əvvəl xilasedicilər altıyaşlı qızı çıxara biliblər. Onun qardaşı və valdeynləri itkin düşənlər arasındadırlar.
9 ölən və 287 itkin düşən – bu rəsmi Seulun Koreya yarımadasının cənubi-qərb sahilində gəminin qəzaya uğramasından bir gün sonra bildirdiyi rəqəmlərdir. Həlak olanların içində Anson şəhərinin beş məktəblisi və iki müəllimi var.
Göyərtədə olan 475 nəfərdən hələ ki, yalnız 179 nəfəri xilas etmək mümkün olub.
Qəza yerinə 160 gəmi və kater, 29 təyyarə və helikopter gətirilib. 30 metr dərinliyində batan gəminin daxilində axtarış əməliyyatında iştirak etmək üçün yüzlərlə dalğıc cəlb edilib.
İçəridə insanların qalması istisna edilmir, cümə günü xilasedicilər ora xüsusi qurğunun köməyi ilə oksigen vurmağı planlayırlar.