Azərbaycanın Nəqliyyat Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi əməkdaşları xeyriyyə aksiyası çərçivəsində 13 aprel 2014-cü il tarixində Şamaxı şəhərində yerləşən 1 saylı İxtisaslaşdırılmış Ruhi-Əsəb İnternat Evini ziyarət ediblər.
Oxu.Az-a NİİM-dən verilən məlumata görə, xeyriyyə aksiyası çərçivəsində mərkəzin əməkdaşları xüsusi qayğıya ehtiyacı olan ruhi əsəb əlillərinə dəstək olublar, onlara müxtəlif hədiyyələr təqdim ediblər.
Məlumata əsasən, bu tipli xeyriyyə aksiyaları Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin sosial məsuliyyət prinsiplərinin əsasını təşkil edir.
NİİM-in bu cür aksiyaları keçirməkdə əsas məqsədi, qayğıya ehtiyacı olan insanların könüllərini şad etmək, onların tək olmadığını göstərməkdir.
Elvin Əhmədov
www.oxu.az