Rusiya estradasının əfsanəsi Alla Puqaçova ilk dəfə öz qızı Yelizavetanın şəklini nümayiş etdirib.
Oxu.Az xəbər verir ki, ANS PRESS-in məlumatına görə, bir yaşı yeni tamam olan Liza anasına çox oxşayır.
Andrey Malaxovun “Bu axşam” proqramında Alla Puqaçova 55 yaşı tamam olan köhnə musiqiçi dostu, məşhur ifaçı, şair və bəstəkar İqor Nikolayevi təbrik edib. Onlar artıq uzun illərdir dostluq və əməkdaşlıq edirlər.
“Bizim Maksla qızımız Liza öz xaç atasına salam göndərir”, – deyən Puqaçova bunun ardınca qızının İqor Nikolayevlə birgə şəklini nümayiş etdirib.
Qeyd edək ki, Alla Puqaçova və Maksim Qalkin övladları Liza və Harrini ictimaiyyətə göstərməməyə üstünlük verirdilər.